Nemət Pənahlı aclıq aksiyasını dayandırıb
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Nemət Pənahlı ilə aparılan profilaktik söhbət nəticəsində o, aclıq aksiyasına son verib: “Nemət Pənahlı bu gün günorta saatlarında qida qəbul edib”.
Qeyd edək ki, Nemət Pənahlı və onun tanışı Ceyhun Fərzullayev bu il yanvarın 7-də saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə AMDP sədri Nemət Pənahlı 6 il, onunla birgə tutulan Ceyhun Fərzullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Nemət Pənahlı ona qarşı olunan kobud rəftara etiraz olaraq iyulun 2-dən aclıq aksiyasına başlamışdı.

455