Tural Abbaslı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib
Bu barədə Lent.az-a məlumat verən Anar Qasımlı bildirib ki, şikayətdə Səbayel rayon Məhkəməsinin T.Abbaslının həbs-qətimkan tədbirinin uzadılması barədə qərarının ləğvini istəyirlər.
Xatırladaq ki, T.Abbaslı haqqında 15-də Səbayel rayon Məhkəməsinin qərarı ilə üçüncü dəfə 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Bu barədə Bakı Şəhər Prokurorluğu vəsatət qaldırmışdı. Prokurorluq T. Abbaslının istintaqının hələ yekunlaşmadığını əsas gətirərək, həbs-qətimkan tədbirinin uzadılmasını istəmişdi.
Tural Abbaslının istintaqı artıq yekunlaşıb və istintaq materialları tanışlıq üçün müdafiə tərəfinə verilib. Müdafiə tərəfinin istintaq materialları ilə tanışlığından sonra iş məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Tural Abbaslı Cinayət Məcəlləsinin 233-cü ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunur.
Anar GƏRAYLI

516