Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib
18 iyul 2011 15:03 (UTC +04:00)

Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib

0
Lent.az-ın nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, Nardaran sahillərində batmış 1989-cu il təvəllüdlü Əmrahov Azər Əlixan oğlunun dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılıb və mərhumun yaxınlarına təhvil verilib.

Xəzər dənizinin Mərdəkan sahillərində və Novxanı sahillərində dənizin nəzarət olunan hissəsində 2 nəfər, Nabran sahillərində, dənizin nəzarət olunmayan hissəsində isə 1 nəfər batma təhlükəsi ilə üzləşib, ancaq FHN dalğıc-xilasediciləri tərəfindən xilas ediliblər.

Dənizin Bilgəh sahillərində dənizin nəzarət olunan hissəsində isə batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 631

Oxşar yazılar