Şabranda oğlu döyüb, atanı bıçaqladılar
İyulun 17-də saat 17.50 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisindəki çayxanaya “TOFAŞ” markalı avtomaşında gəlmiş 4 naməlum şəxs münaqişə zəminində kənd sakini Yaşar Yusiflini döyüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlar hadisə yerinə gəlmiş Yaşar Yusiflinin atası Musaya isə boyun nahiyəsindən bıçaqla xəsarət yetiriblər.
Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti və Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Hüseynağa Heydərov və sərnişinləri, oğlu Malik, Şabran rayon sakini Arif Heydərov və onun oğlu İmran saxlanılıblar.

443