“2 aprel” aksiyasında tutulanların hamısının istintaqı yekunlaşdı
18 iyul 2011 14:22 (UTC +04:00)

“2 aprel” aksiyasında tutulanların hamısının istintaqı yekunlaşdı

Lent.az-ın məlumatına görə, bu gün hər üç şəxsin istintaqları yekunlaşıb və müdafiə tərəfləri istintaq materialları ilə tanışlığa başlayıb.


Xatırladaq ki, adı çəkilən şəxslərdən yalnız Fuad Qəhrəmanlının haqqında həbs-qətimkan tədbiri yoxdur. Onun bu cəzası sonradan başqa yerə getməmə ilə əvəzlənib.


T. Abbaslı və M. Məcidlinin həbs-qətimkan tədbirlərinin müddəti isə iyulun 15-də üçüncü dəfə artırılıb.


Onu da bildirək ki, bu gün Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılın da istintaqı yekunlaşıb.

Qeyd edək ki, aprelin 2-dəki aksiya ilə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların hamısının istintaqı yekunlaşıb. Bir neçə nəfərin məhkəməsi gedir.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407

Oxşar yazılar