Nabranda 49 sürücü barədə protokol tərtib edilib
18 iyul 2011 13:32 (UTC +04:00)

Nabranda 49 sürücü barədə protokol tərtib edilib

Reydin əsas məqsədi yol nəqliyyat hadisələrinin qarşısını almaq olub. Xaçmaz DYPB-dən Lent.az-ın bölgə müxbirinə verilən məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 49 sürücü barədə protokol tərtib edilib. Həmin sürücülərin 13 nəfəri avtomobilini sərxoş vəziyyətdə, 8 nəfəri isə yüksək sürətlə idarə etdiyi üçün saxlanılıb. 28 sürücünün ötmə əməliyyatını düzgün aparmaması, avtomobilində əlavə avadanlıq quraşdırması, eləcə də digər qayda pozuntuları törətmələri aşkarlanıb. Reydlərin istirahət mövsümündə mütəmadi olaraq keçirilməsi planlaşdırılır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415

Oxşar yazılar