Arif Hacılının istintaqı yekunlaşdı
18 iyul 2011 13:27 (UTC +04:00)

Arif Hacılının istintaqı yekunlaşdı

Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, bu gündən müdafiə tərəfi cinayət işinin materialları ilə tanışlığa başlayacaq.


Qeyd edək ki, Arif Hacılı haqqında seçilmiş iki aylıq həbs-qətimkan tədbirinin müddəti iyulun 15-də üçüncü dəfə artırılıb.

Xatırladaq ki, aprelin 2-də keçirilən mitinqlə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar