Binəqədidə 16 yaşlı oğlan əmisini qətlə yetirib
18 iyul 2011 10:34 (UTC +04:00)

Binəqədidə 16 yaşlı oğlan əmisini qətlə yetirib

Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə rayonun Rəsulzadə qəsəbəsi, Bəhlulzadə küçəsi, keçid 1, ev 1-də qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1995-ci il təvəllüdlü Elvin Sarıyev mübahisə zəminində əmisi, 1968-ci il təvəllüdlü Rizvan Sarıyevi ürəyindən bıçaqlayıb. R. Sarıyev aldığı bıçaq xəsarətindən yerindəcə dünyasını dəyişib. Hadisəni törədən E. Sarıyev hadisə yerindən qaçıb.

Hadisəni törədən E. Sarıyevin ailə üzvlərinin istintaqa verdiyi ifadəyə görə, mərhum R. Sarıyev iki ay əvvəl həbsdən çıxıb. Qardaşı ilə yeyib içəndən sonra atasını təhqir etdiyini görən E. Sarıyev əmisini vurub.

Baş vermiş hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar