Cümə yenə qanlı oldu
İyulun 15-də hər cümə olduğu kimi Suriya şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilib. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarına atəş açması nəticəsində 28 aksiya üzvü, o cümlədən 1 uşaq həyatını itirib.
Yaralıların sayı 100 nəfəri keçib. İyulun 15-də keçirilən aksiyalar Suriyada mart ayından indiyə qədər keçirilən aksiyalardan kütləviliyi ilə seçilib. Aksiyalarda ümumən 1 milyondan çox insan iştirak edib. “Əl-Cəzirə” telekanalı bir neçə şəhərin müxalifət tərəfindən ələ keçirildiyini, ordu bölmələri və polisin müxalifət tərəfə keçdiyi barədə xəbər yayıb.

426