6 ayda korrupsiya ilə bağlı 98 nəfərin işi məhkəməyə göndərilib
Son 6 ay ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 360 müraciət daxil olub ki, onların əksəriyyəti rüşvətalma, vəzifədən sui-istifadə və dövlət əmlakının mənimsənilməsi halları ilə bağlıdır.
Lent.az-ın məlumatına görə, bunu Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsinin 2011-ci ilin I yarımilliyinin yekunlarına dair keçirdiyi mətbuat konfransında idarənin rəisi Kamran Əliyev deyib. O bildirib ki, daxil olan məlumatlar arasında 87 fakt üzrə cinayət işi qaldırılıb. Bu göstərici ötən il 69 olub. Son 6 ay ərzində 98 şəxs barəsində 56 cinayət işi yekunlaşdırılaraq, məhkəmələrə göndərilib.
K. Əliyev deyib ki, işlər məhkəməyə göndərilən şəxslərin əksəriyyəti rüşvətalmaya görə məsuliyyətə cəlb edilib.
Rəhbərlik etdiyi qurumun nəzdində yaranmış “Qaynar xətt” barəsində də məlumat verən idarə rəisi bildirib ki, yarandığı gündən - mart ayından bəri “Qaynar xətt”ə üst-üstə 2000-dən çox məlumat daxil olub. Eyni zamanda, 5000-dən çox məlumat barədə vətəndaşlara bu və digər qaydada izahlar verilib. O, rəisi olduğu qurumda 150-yə yaxın ştat yerinin olduğunu qeyd edib. Həmçinin, bildirib ki, Korrupsiya ilə Mübarizə İdarəsinə keçmiş SSRİ-də ilk dəfə olaraq, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi funksiyasının verilməsi korrupsiya ilə mübarizə sahəsində atılmış əhəmiyyətli addımdır.
Kamran Əliyev bəyan edib ki, ölkədə korrupsiya ilə mübarizə dövlət başçısı İlham Əliyevin siyasi iradəsi altında həyata keçirilir və bu baxımdan, bu sahədə görülən işlər ikiqat effektli olacaq.
Anar GƏRAYLI

650