Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları yüksək əməkhaqqı alırlar - FOTO
15 iyul 2011 15:40 (UTC +04:00)

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları yüksək əməkhaqqı alırlar - FOTO

Lent.az-ın məlumatına görə, konfransda Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə idarəsinin rəisi Kamran Əliyev, həmin idarənin istintaq şöbəsinin rəisi Əli Quliyev, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi İnam Kərimov və bir sıra QHT nümayəndələri iştirak edib.


Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi İnam Kərimov çıxışında son zamanlarda korrupsiya ilə mübarizə sahəsində görülən işlərdən bəhs edərək, bunun Azərbaycanın dövlət siyasəti olduğunu qeyd edib. Son 6 ay ərzində bu sahədə görülən işlərdən, qəbul edilən qanunlardan danışan İ. Kərimov deyib ki, Daxili İşlər Nazirliyinin Yol Patrul Xidməti və Dövlət Gömrük Xidmətinin fəaliyyəti ilə bağlı imzalanmış fərmanlar nəticəsində bu orqanlarda işləyən əməkdaşların sosial təminatı yaxşılaşdırılıb. o, DYP işçilərinin topladığı ümumi vəsaitin 25 faizinin özlərinə maaş kimi verilməsini diqqətə çatdırıb. Komissiya katibi DYP işçiləri ilə bağlı verilmiş fərmanın detallarından danışaraq, bunun mövcud sahədə korrupsiya ilə mübarizə sahəsində daşıdığı əhəmiyyətdən bəhs edib.


İ. Kərimov bildirib ki, dövlət başçısının tapşırığı ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin sayı 60 faizə qədər artırılıb, onların əmək haqları isə 50 faiz həcmində artırılıb. Komissiya katibi hazırda fəaliyyət göstərdiyi qurumun əməkdaşlarının Azərbaycanda ən yüksək maaş alanlardan olduğunu vurğulayıb.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1555

Oxşar yazılar