Bakıda şirkət sahibinin qətlini şəriki sifariş verib
15 iyul 2011 13:03 (UTC +04:00)

Bakıda şirkət sahibinin qətlini şəriki sifariş verib

Bakıda tikinti şirkətinə edilən basqının üstü açılıb. Bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, araşdırmalar zamanı məlum olub ki, qətl hadisəsində mərhum Əflatun Piriyevin biznes ortağı Hümbət Məmmədovun əli var. Həmin iş adamının Ə. Piriyevə külli miqdarda pul borcu olub. Onun borcunu ödəyə bilmədiyi üçün bu addımı atdığı ehtimal etdirilir. H. Məmmədov artıq saxlanılıb, hazırda onun ifadəsi alınır.



Hadisəni törədən “killer” isə Azərbaycandan Gürcüstana qaçıb. Hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Qeyd edək ki, naməlum şəxslər iyulun 11-də “Azər-Ross” MTK-nın ofisinə daxil olaraq şirkətin rəhbəri Əflatun Piriyev və şirkətin baş mühasibi, Əmiraslan Əhmədovu güllələyiblər. Şirkətin rəhbəri aldığı güllə yarasından dünyasını dəyişib. Ə. Əhmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin motivi məlum deyil.


Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar