“Azərittifaq”ın rayon şöbəsinin sabiq müdiri tutuldu
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhər sakini, 1951-ci il təvəllüdlü Cəlilov Tofiq Həsən oğlu şərti alıcıya narkotik vasitəni satarkən saxlanılıb. Tofiq Cəlilovdan 0,684 qram ağır narkotik vasitə hesab edilən heroin götürülərək maddi sübut kimi istintaqa təhvil edilib. Tofiq Cəlilovun vaxtilə “Azərittifaq”ın Qax rayon şöbəsinin sədri vəzifəsində çalışdığı, hazırda alverlə məşğul olduğu bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
528