DİN-də son günlər Bakıda baş verən ağır cinayətlər müzakirə ediləcək
14 iyul 2011 16:13 (UTC +04:00)

DİN-də son günlər Bakıda baş verən ağır cinayətlər müzakirə ediləcək

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, kollegiya iclası cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.


Kollegiyada, həmçinin son günlər ölkə paytaxtında törədilən ağır cinayət hadisələri və həmin cinayətlərin açılması ilə bağlı da müzakirələr aparılacaq.


Qeyd edək ki, Bakıda son günlər bir-neçə ağır cinayət hadisəsi törədilib. Belə ki, iyulun 11-də “Azər-Ross” MTK-nın Nərimanov rayonundakı ofisinə silahlı basqın olub. Basqın zamanı şirkətin rəhbəri qətlə yetirilib, baş mühasibi isə xəsarət alıb. Hadisəni törədən şəxsin fotorobutu da hazırlanıb. Həmin şəxsi tanıyanlardan bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermələri xahiş olunur.


Bundan başqa, iyulun 14-də Binə Ticarət Mərkəzində valyutadəyişmə məntəqəsinə basqın edən naməlum şəxslər oranın işçisini odlu silahla qətlə yetirərək xeyli miqdarda pul aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436

Oxşar yazılar