“2 aprel” aksiyasında saxlanılan daha 4 nəfərin cinayət işi məhkəməyə göndərilib
14 iyul 2011 12:57 (UTC +04:00)

“2 aprel” aksiyasında saxlanılan daha 4 nəfərin cinayət işi məhkəməyə göndərilib

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev bildirib. Onun sözlərinə görə, istintaqı başa çatanlar Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvü Quliyev və Əhəd Məmmədlidir. Adıçəkilən şəxslərin işinə Nəsimi Rayon Məhkəməsində baxılacaq.


2 aprel aksiyası ilə bağlı təqsirləndirilən digər 4 nəfər - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının işi üzrə istintaq tədbirləri isə davam etdirilir.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilənlərdən 6 nəfər - Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilovun məhkəməsi isə iyulun 13-də başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487

Oxşar yazılar