DİN Baş Mühafizə İdarəsinin rəis müavini işdən çıxarılıb
13 iyul 2011 17:32 (UTC +04:00)

DİN Baş Mühafizə İdarəsinin rəis müavini işdən çıxarılıb

Bu barədə APA-ya Baş Mühafizə İdarəsindən bildirilib.

Məlumata görə, Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovniki Yaşar Nuriyev tutduğu vəzifədən azad edilib. Onun sərəncamda olduğu bildirilir. Y. Nuriyevin səlahiyyətlərini icra etmək Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Daşqın Mehrəliyevə tapşırılıb.

Qeyd edək ki, bu, general-mayor Yaşar Əliyevin Baş mühafizə İdarəsinə rəis təyin edildikdən sonra idarədə həyata keçirilən ikinci kadr dəyişikliyidir. Belə ki, bir müddət əvvəl Baş Mühafizə İdarəsinin Həyati Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri, polis polkovniki Tapdıq Osmanov da tutduğu vəzifədən azad edilib. Xaçmaz Rayon Mühafizə İdarəsinin rəisi, polis mayoru İmran Mahmudov həmin alayın komandiri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Yaşar Əliyev bir müddət əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar