DİN polis rəislərinin dəyişdirilməsi xəbərini təsdiqlədi
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Salyanın sabiq rəisi, polis polkovniki Şahmar Ənvər oğlu Paşayev Şamaxı, Qubanın sabiq rəisi, polis polkovnik-leytenantı Fuad Nəriman oğlu Məmmədli isə Salyan rayon Polis Şöbəsinə rəis təyin edilib.
Nazirin digər əmri ilə İmişli Rayon Polis Şöbəsinin rəisi Hüseynəli Məlikov tutduğu vəzifədən azad edilərək Lerik Rayon Polis Şöbəsinə rəis təyin olunub. Lerikin sabiq rəisi Nurəli Nurəliyev isə daxili işlər nazirinin sərəncamındadır.
Qeyd edək ki, yeni təyinatlar barədə APA iyulun 12-də məlumat yayıb.

515