Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Tahir Bağırov
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.
Qəhrəmanlar unudulmur!
Tahir Əminağa oğlu Bağırov 1957-ci il iyulun 14-də Türkmənistanın Krasovodsk (Türkmənbaşı) şəhərində anadan olub. 1967-ci ildə ailəsi ilə birlikdə Şirvan şəhərinə köçüb. O, 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb, Mİ-24 vertolyotunda atıcı kimi xidmətə başlayıb, Xocalı, Füzuli, Ağdərə, Laçın bölgələrində rəşadətlə vuruşub, sərrast atəşi ilə onlarla erməni yaraqlısını məhv edib. 1992-ci il oktyabrın 11-də Laçının Səfyan kəndi yaxınlığında gedən döyüşdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakıda 59 saylı məktəb onun adını daşıyır, məktəbdə büstü qoyulub, Əmircan qəsəbəsində küçələrdən birinə onun adı verilib.

765