Günün tarixi
13 iyul 2011 08:00 (UTC +04:00)

Günün tarixi

1789. “Peterburqdan Moskvaya səyahət” kitabının müəllifi Aleksandr Radişev həbs edilib

1793. Fransız siyasi xadim Jan Pol Marat qətlə yetirilib

1841. Rusiya, İngiltərə, Fransa, Prussiya və Türkiyə arasında Bosfor və Dardanel boğazından xarici hərbi gəmilərin keçməsini qadağan edən saziş imzalanıb

1882. Rusiyada ilk telefon stansiyaları qurulub

1908. Qadınlar ilk dəfə müasir olimpiya oyunlarında (Londonda) iştirak edib

1918. Azərbaycan Xalq Cümhuriyyətində səyyar hərbi xəstəxanaların yaradılmasına başlanıb

1926. Xalq rəssamı Vidadi Nərimanbəyov Fransanın Kann şəhərində anadan olub

1930. Uruqvayda futbol üzrə ilk dünya çempionatı keçirilib

1947. Avropanın xarici işlər nazirləri “Avropanın bərpası planı”nı təsdiq ediblər

1954. Türk müğənni Sezen Aksu anadan olub

1959. Trabzonda ABŞ hərbi bazası qurulub

1977. Nyu-York tarixində ilk dəfə 25 saat ərzində elektrik kəsilməsi ictimai asayişin pozulmasına səbəb olub

1992. Azərbaycan Respublikası Oman ilə diplomatik əlaqələr qurub

1996. Prezident Heydər Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib

2001. Şair Mirvarid Dilbazi vəfat edib

2007. Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında Saziş imzalanıb.

Günün aforizmi

“Biz qaranlığın üzərinə günəş kimi doğarıq”.

Atatürk
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435

Oxşar yazılar