Azərbaycan təyyarəsi NATO-nun pilotsuz təyyarəsi ilə də toqquşmuş ola bilər
“Bilirsiniz ki, təyyarənin qəzaya uğradığı Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinə məxsus kiçik uçuş aparatları, pilotsuz təyyarələr və s. də var. Bəlkə də təyyarəmiz həmin obyektlərdən biri ilə də toqquşmuş ola bilər. Hazırda bunu dəqiqləşdirmək üçün araşdırma aparırıq”.
Lent.az-ın məlumatına görə, bunu Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan rəhbəri, AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib.
O, Lent.az-ın Azərbaycan tərəfinin “naməlum obyekt” dedikdə nəyi nəzərdə tutması ilə bağlı verdiyi suala cavab olaraq belə söyləyib. İ.Əmirov bildirib ki, təyyarənin qəzaya uğradığı Əfqanıstanda hərbi şərait mövcuddur və bu baxımdan da oranın hava ərazisində müxtəlif obyektlərin uçuşu istisna deyil.
“SilkWay” MMC-nin direktoru Şəmsəddin Mirsalayev isə bildirib ki, Əfqanıstan tərəfi yalnız təyyarənin hava limanına enişinin tam təhlükəsizliyinə təminat verir. O bildirib ki, bununla belə, həmin əraziyə Türkiyə Hava Yolları, Dubay Hava Yolları və s. kimi bir neçə beynəlxalq hava yolları şirkətləri də uçuşlar təşkil edir: “Bu günə qədər bu ərazidə təhlükəsizliklə bağlı heç bir problem yaşanmayıb”.
Anar GƏRAYLI

675