Azərbaycandan Əfqanıstana bütün uçuşlar dayandırılıb
Lent.az-ın məlumatına görə, bu barədə iyulun 9-da keçirilən mətbuat konfransında “SilkWay” Holdinq MMC-nin prezidenti Zaur Axundov məlumat verib. O bildirib ki, Əfqanıstanda baş verən qəzanın araşdırılması üçün yaradılan komissiya səbəbləri araşdırır.
Əfqanıstana 10 ildir, Azərbaycandan uçuşlar edildiyini qeyd edən Z. Axundov indiki halda uçuşların qeyri-müəyyən müddətə dayandırılmasının məsləhət bilindiyi və bununla bağlı qərar verildiyini bəyan edib.
Qeyd edək ki, “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi iyulun 6-da Bakı vaxtı ilə 02:10 radələrində Baqram hava limanı yaxınlığında radarlardan itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatına görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. Başqa bir variant isə təyyarənin “Taliban” tərəfindən vurulmasıdır.
Yük qaldırma imkanı 40 ton olan İl-76 təyyarəsi sonuncu dəfə 2011-ci ilin iyun ayında baxışdan keçib. Təyyarə 2005-ci ildə istehsal olunub. Təyyarədəki 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.
Anar GƏRAYLI

508