Təyyarə qəzasını araşdıran komissiya hadisə yerinə gedə bilməyib
09 iyul 2011 11:48 (UTC +04:00)

Təyyarə qəzasını araşdıran komissiya hadisə yerinə gedə bilməyib

Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın üzvləri iyulun 8-də təyyarənin düşdüyü yerə gedə bilməyiblər.

Bu barədə APA-ya Azərbaycanın Pakistanda, eyni zamanda Əfqanıstanda akkreditə olunmuş səfirliyinin 3-cü katibi Çingiz Qəribli məlumat verib. Ç. Qəriblinin sözlərinə görə, ekspert qrupu dünən Kabildən vertolyotla təyyarənin düşdüyü yerə yola düşüb. Yolun bir hissəsini avtomobillə qət edən ekspertlərin qalan yolu piyada hərəkət etməsinə icazə verilməyib. “Ərazidə əməliyyat keçirildiyindən təhlükəsizlik baxımından onlara bir qədər gözləmək məsləhət görülüb. Komissiya üzvlərinin təyyarənin düşdüyü yerə bu gün getməsi nəzərdə tutulur”.


Diplomatın sözlərinə görə, komissiya üzvlərinin əsas məqsədi həlak olanların cəsədlərinin qalıqlarının vətənə gətirilməsidir: “Onlar qısa müddətdə bunu etmək istəyirlər”.


Ç. Qəribli onu da əlavə edib ki, təyyarənin qəzaya uğramasının səbəblərini müəyyənləşdirmək üçün faciə yerində texniki, ballistik və tibbi ekspertizalar aparılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373

Oxşar yazılar