Təyyarə qəzası ilə bağlı yaradılan komissiyanın iclası başa çatıb
Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Baqram şəhərində keçirilən iclası başa çatıb. Bu barədə “APA-ECONOMICS”ə təyyarənin məxsus olduğu “Silk Way” aviaşirkəti direktorunun keyfiyyət üzrə məsləhətçisi Adil Qasımov məlumat verib.
Onun sözlərinə görə, qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyada Əfqanıstan, Azərbaycan və Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin (IFAS) nümayəndələri təmsil olunur: “Bu komissiyada “Silk Way” aviaşirkətinin nümayəndələri də var”.
A.Qasımov qeyd edib ki, təhlükəsizlik nöqteyi-nəzərindən komissiya üzvlərinin hadisə yerinə sabah baş çəkməsi qərara alınıb: “Onlar avtomobillərlə hadisənin baş verdiyi Pərvan əyalətinə gedəcəklər, oradan qəza yerinə isə iki-üç saatlıq piyada yol var. Ona görə də qərara gəlinib ki, sabah səhər yola çıxsınlar”.
A.Qasımov ABŞ-ın Azərbaycandakı səfirliyinin qəza ilə bağlı ciddi kömək göstərdiyini söyləyib: “Göstərilən dəstəyə görə səfirliyə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, Əfqanıstanda baş verən qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycandan olan üzvləri bu gün Bakı vaxtı ilə saat 06.30-da Əfqanıstanın Baqram aeroportuna çatıblar. Azərbaycan tərəfdən komissiyanın rəhbəri “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirovdur.
Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan İl-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.

463