AXCP üzvünün məhkəmə istintaqı yenidən keçiriləcək
07 iyul 2011 16:57 (UTC +04:00)

AXCP üzvünün məhkəmə istintaqı yenidən keçiriləcək

İyulun 7-də Sumqayıt Apelyasiya Məhkəməsində AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanın apelyasiya şikayətinə baxılıb.

Bu barədə Lent.az-a məlumat verən vəkil Anar Qasımov bildirib ki, prosesdə məhkəmə istintaqının yenidən keçirilməsi ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə bu vəsatəti təmin edib və növbəti prosesi iyulun 14-dək təxirə salıb.

Xatırladaq ki, C. Savalan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli hesab edilərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar