Şəmkirdə yol qəzasında bir ailənin iki üzvü ölüb
07 iyul 2011 12:52 (UTC +04:00)

Şəmkirdə yol qəzasında bir ailənin iki üzvü ölüb

Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib.

Hadisə ötən gecə qeydə alınıb. Rayon sakini Məmməd İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Vüsal Mehdiyevin idarə etdiyi ZİL markalı avtomaşınla toqquşub.

Nəticədə “VAZ-2106”-nın sürücüsü və onun oğlu hadisə yerindəcə dünyasını dəyişib. Sürücünün arvadı və qızı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387

Oxşar yazılar