Qəzaya uğrayan təyyarəni «İpək Yolu» şirkəti sığortalayıb
Bu barədə «APA-ECONOMICS»ə eksklüziv açıqlamasında şirkətin İdarə Heyətinin sədri Niyazi İmanov bildirib. Onun sözlərinə görə, hava gəmisi və gəmidə olan heyət «İpək Yolu» şirkəti tərəfindən tam sığortalanıb. Hadisəyə görə sığorta ödənişi ilə bağlı vəsaitin ayrılmasına isə qəzanın səbəblərini araşdırmaq üçün yaradılmış komissiyanın son qərarından sonra başlanacaq.
N.İmanov bildirib ki, hava gəmisinin ümumi sığorta risklərinin böyük hissəsi təkrar sığortaya yönəldilib. Bu xidmətləri isə yerli şirkətə Britaniyanın «Lloyds Re» təkrar sığorta şirkəti göstərib.
Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus «İl-76» təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. «Taliban» hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin «Taliban» tərəfindən vurulduğunu bildirib.
Qəza nəticəsində təyyarənin 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan 5-i Azərbaycan, 4-ü isə Özbəkistan vətəndaşıdır.
Hazırda qəzanın səbəblərini araşdırmaq üçün Azərbaycanda komissiya yaradılıb. Komissiyanın tərkibinə daxil edilən ekspertlər Əfqanıstana getməyə hazırlaşırlar.
Xatırladaq ki, ötən həftə brendini dəyişən «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 8,855 mln. manat təşkil edir. Şirkət hazırda 23 sığorta növü ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir.

408