Bakı-Novorossiysk və BTC neft kəmərləri yanma təhlükəsi ilə üzləşib
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də Siyəzən rayonu, Sədan kəndində (rayon mərkəzindən 5 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha ərazidə quru ot yanıb.
Yaxınlıqdakı Bakı-Novorossiysk neft kəməri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 11:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmin gün Tovuz rayonu, Bozalqanlı kəndində (rayon mərkəzindən 3 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı Bakı-Tibilisi-Ceyhan neft kəməri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

426