5 yaşlı Sevincin qatilləri məhkəmədə ifadə verdilər
Bu gün Bakı Ağır Cəza Məhkəməsində 5 yaşlı qızı döyərək öldürməkdə təqsirləndirilən Bakı şəhəri, Suraxanı rayon sakinləri Şahlar Həsənov və Rəbiyyə Osmanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamşısı ittiham aktını elan edib. İttihama əsasən, bu ilin fevralın 26-da 2005-ci il təvəllüdlü Sevinc Həsənova ögey anası Rəbiyyə Osmanova və atası Şahlar Həsənov tərəfindən döyülərək öldürülüb. Tibbi ekspertiza zamanı Sevincin bədəninin bir neçə hissəsində dərin yara izləri və qabırğasında sınıqlar aşkarlanıb. Onun ölümünə səbəb aldığı zərbələr olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Şahlar və Rəbiyyə saxlanaraq istintaqa cəlb olub.
“Şahlar Sevinci təpiklə divara vururdu”
İttiham aktı elan ediləndən sonra təqsirləndirilən şəxslər ifadə veriblər. Rəbiyyə Osmanova 5 yaşlı Sevincin ölümündə özünü qismən təqsirli bildiyini söyləyib: “Mən Şahların üçüncü arvadıyam. Məndən əvvəlki arvadı Sevincin anası Kəmalə olub. Birinci arvadından isə iki uşağı var. Şahlar Sevinci heç vaxt öz uşağı kimi qəbul eləməyib. Onun üçün əsas birinci arvadından olan uşaqları olub. Sevinc də Şahları özünə ata bilməyib. Sevincdən atasının adını soruşanda “Bayram” deyirdi. Bayram Sevincin anası Kəmalənin indi yaşadığı kişinin adıdır. Mənim uşağım olmurdu. Ona görə Şahlara dedim ki, Sevinci yanımızda saxlayaq. Şahlar da razı oldu. Hadisədən 4 ay əvvəl Sevinci anasından götürdük, uşağı saxlamağa başladım. Lakin Şahlar qıza pis davranırdı. Sevinc tez-tez altını batırırdı. Buna görə mən də onu vurmuşam. Hadisəyə qədər 1-2 dəfə elə şey olub - iki şillə, bir çimdik. Bununla heç kəs ölməz. Fevralın 26-da da belə oldu. Sevinc yenə altını batırmışdı. Mən onu soyundurub çimizdirdim. Bu zaman ona bir-iki şillə vurub, aparıb yatağına qoydum. Gecə saat birə işləmiş Şahlar evə gəldi. Onun üçün yemək hazırlayırdım. Bir də yan otaqdan uşağın qışqırıq səsini eşitdim. Şahlar Sevinci təpikləyirdi. Sevinc başı bir neçə dəfə çarpayısı bitişik olan divara dəydi. Şahlar təpiklə onu divara bir neçə dəfə vurdu. Bu zaman mən ondan niyə belə etdiyini soruşdum. Şahlar Sevincin özünü yaxşı aparmadığını söylədi. Uşaq səhərə kimi zarıdı. Lakin mən uşağın o dərəcədə xəsarət aldığını, öləcəyini bilmirdim. Ertəsi gün günorta saatlarında Şahlara zəng eləyib, uşağın vəziyyətinin pis olduğunu söylədim. Şahlar evə gəldi, təcili yardımla Sevinci xəstəxanaya apardılar. Təcili yardımda icazə vermədilər ki, mən də onlarla gedim”.
Şahlar Həsənov isə bu cinayətdə əlinin olmadığını və özünü təqsirli bilmədiyini söyləyib. O, hətta Rəbiyyə ilə evlənməkdən peşman olduğunu bildirib və hələlik ifadə verməyəcəyini deyib.
4 ay ərzindən qızını bir dəfə görən ana: “Sevinci ögey anası öldürüb, atasının bu işdə əli yoxdur”
Daha sonra söz qətlə yetirilmiş Sevincin anası Kamalə Həsənova zərərçəkmiş qismində ifadə verib. Kəmalə cinayətdə Şahların əli olmadığını bildirib: “Şahların Sevincə indiyə heç bir pis münasibət göstərdiyini görməmişəm. Biz ayrılandan sonra da Şahlar bizə gəlirdi. O, qızına yaxşı baxırdı. Rəbiyyə Sevinci döyüb öldürüb. Günah öz üzərindən atmaq istəyir”.
O deyib ki, uşağı istədikləri üçün keçmiş ərinə verib. 4 ay ərzində qızını cəmi 1 dəfə görüb: “Sonra da televizorda gördüm ki, uşağımı öldürüblər”.
Proses iyulun 8-də davam edəcək.
Fərid Əkbərov

472