“2 aprel” aksiyasında tutulanların məhkəməsinin tarixi bəlli oldu
01 iyul 2011 14:29 (UTC +04:00)

“2 aprel” aksiyasında tutulanların məhkəməsinin tarixi bəlli oldu

Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, iş üzrə məhkəmənin hazırlıq iclası Səbail rayon məhkəməsində iyulun 13-də keçiriləcək. Prosesə hakim Elnur Həsənov sədrlik edəcək. İş üzrə təqsirləndirilən 6 nəfər - AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazov, Müsavat üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilovdur.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.
Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar