Qətlə yetirilən üç günlük körpənin acınacaqlı həyat hekayəti
2010-cu il yanvarın 28-də Lənkəran rayonunun Siyavar kəndində ailə münaqişəsi zəmində dəhşətli qətl hadisəsi baş verib. Bu hadisə nəticəsində üç günlük körpə qız uşağı həyatdan məhrum olub. Körpəni qətlə yetirən isə onu dünyaya gətirən qadının anası olub.
Lent.az bu qətl hadisəsini törədən Minəvvər Rəsulovanın cinayət işini təqdim edir.
Arayış: Rəsulova Minəvvər Süleyman qızı 1959-cu ildə Lənkəran rayonu Siyavar kəndində anadan olub. İki qız və bir oğul anası olan M. Rəsulova təqaüdçüdür.
Ailə həyatı, qaynana ilə problem, ərə xəyanət və ata evinə dönüş
2005-ci ildə onun Xəyalə adlı qızı həmin kənddən olan Elməddin adlı oğlanla ailə həyatı qurur. Bu nikahdan Xəyalənin 2 övladı olur. Xəyalə ailəsi ilə bir müddət Rusiya Federasiyasında yaşayır. Sonra o, Lənkərana qayıdaraq, qayınanası ilə birgə yaşamağa başlayır. Arvadının anası ilə yola getmədiyini görən Elməddin Xəyaləni anası ilə eyni həyətdə, lakin ayrı evə köçürür, özü isə yenidən Rusiyaya qayıdır. Bu da qaynana ilə gəlinin aralarının düzəlməsinə kömək eləmir. Xəyalə Elməddinin Lənkəranda olmamasından istifadə edərək başqa bir adamla sevgi həyatı yaşayır. Mobil telefon vasitəsi ilə Etibar adlı birisi ilə tanış olur. Qaynanası gəlininin bu hərəkətini görən kimi oğluna zəng edərək, Xəyalənin ona xəyanət etdiyini söyləyir. Elməddin dərhal Rusiyadan Lənkərana qayıdır. O, boşanmaq üçün məhkəməyə müraciət edir və 4 il ailəli olduğu Xəyalədən ayrılır. Xəyalə iki uşağı da götürüb anası Minəvvərgilə gəlir.
Bu zaman artıq Xəyalənin anası ilə münasibətləri gərginləşmişdi. Hər gün evdə dava-qırğın olurdu. Anası onu belə hərəkət etdiyinə görə qınayırdı. Bu, hələ harasıdı? Əsl dava-qırğın qabaqda idi...
Ər evindən gətirilən “bic”
Xəyalə telefonda tanış olduğu Etibarla münasibətlərini davam etdirirdi. Günlərin birində Xəyalə Etibardan hamilə qaldığını öyrənir. Lakin bu barədə nə Etibarın özünə, nə də anasına bir söz deyir. Xəyalə əvvəlcə hamının bu uşağın əri Elməddindən olduğunu fikirləşəcəyini düşünür. Çünki o, hələ ərdə olan zaman Etibarla münasibətdə olmuşdu. Bir müddət sonra hamiləliyi gizlətmək mümkün olmur. M.Rəsulova qızının hamilə olduğunu öyrənir. Xəyalə anasına 7 aylıq hamilə olduğunu söyləyir. Anası bu uşağın əri Elməddindən deyil, başqa birisindən olduğunu öyrənəndə qızını döyərək işgəncələr verməyə başlayır. M.Rəsulovanın buna əmin olmasına səbəb isə Xəyalənin əri Elməddinin axırıncı dəfə 2 ay əvvəl rayona gəldiyini, daha sonra onların boşanması olur. M. Rəsulova uşağın kimdən olduğunu soruşur. Xəyalə cavabında anasından onun işlərinə qarışmamağı tələb edir: “Bunun sənə dəxli yoxdu. Mənim işlərimə qarışma”.
“Bu bici doğmayacaqsan. Sən bizi kənddə biabır elədin. İmkan verməyəcəyəm ki, doğasan” - deyən M.Rəsulova Xəyaləni döyərək qarnında olan körpənin ölməsini istəyir. Lakin Xəyalə 2010-cu ilin yanvarın 25-də rayondakı xəstəxanada dünyaya bir qız uşağı gətirir.
Xəstəxanadan körpə ilə evə qayıdan Xəyalə evdə anası M. Rəsulovanıhn hücumlarına məruz qalır. “Uşağı öldür. Mən sənin bicinə baxan deyiləm”-deyən M. Rəsulova körpənin ya uşaq evinə verilməsini, ya da öldürməsini tələb edir. Çıxılmaz vəziyyətdə qalan Xəyalə anasından uşağı hara ata biləcəyini soruşur. M. Rəsulova “bilmirəm hara atırsan at, bu evdə onu görməyim” deyir. Getdikcə ana və qızı arasında dava-qırğın böyüyür.
Kənddə biabır olmaqdan çıxış yolu - 3 günlük körpəni öldürmək
2010-cu il yanvarın 28-də səhər saat 9 radələrində körpənin ağlamaq səsi M.Rəsulovanın Xəyalənin üstünə şığımasına səbəb olur. Yenidən qızı ilə dalaşan M.Rəsulova bu dəfə əsəblərini cilovlaya bilmir. O, çarpayının üstündə olan üç günlük körpəni əlinə götürərək “mən demişdim axı, sənin bicinə baxan deyiləm” deyərək körpəni otaqda dəmirdən olan qızdırıcı sobanın üstünə çırpır. Bu zaman körpənin başı partlayır və körpə qanlar içində yerə yıxılır. Körpəsinin qanlar içində yerdə zarıdığını görən Xəyalə onu qucağına alaraq, anasından nə üçün belə etdiyini soruşur. Anası isə cavabında “uşağı yerə çırpdım ki, ölsün” deyir.
Daha sonra M.Rəsulova körpəni Xəyalənin əlindən alaraq, evdə olan başqa bir otağa aparır. Bu otaq heç vaxt qızdırılmırdı. M.Rəsulovanın da körpəni ora aparması məqsədli şəkildə idi. Çünki otaq həddindən artıq soyuq idi Qanlar içində olan körpəni soyuq otaqda çarpayının üstünə atan qadın otaqdan çıxaraq qapını açarla bağlayır - “bu otağa bir nəfərin girməyini görməyim, uşağı özüm qoydum ki, orada qalıb ölsün” deyərək evdən gedir.
7 saat qanlar içində boğulan körpə
M.Rəsulova getdikdən bir qədər sonra Xəyalə otağın qapısını sındıraraq körpəni oradan götürür. Lakin artıq gec idi. Günorta saat 4-də körpədən xırıltı səsi gəlir və körpə keçinir. Körpənin öldüyünü görən Xəyalənin bacısı kənd mollasına xəbər verir. Molla gələrək körpənin meyitini yuyaraq bükür. Axşam saatlarında heç nə olmamış kimi M.Rəsulova evə qayıdır.
Lakin artıq hüquq-mühafizə orqanları körpənin öldürülməsi faktından xəbərdar idi.
Nəvə qatili nənənin istintaqa yalan ifadələri
Şahid ifadələri əsasında istintaqa cəlb olunan M. Rəsulova ifadəsində körpəni öldürmədiyini bildirir. O, körpənin Xəyalənin digər uşaqları tərəfindən oynadılan zaman əllərindən düşdüyünü və dəmir sobaya dəydiyini söyləyir.
Lakin Xəyalənin ifadəsi və məhkəmə tibbi-ekspertizasının rəyi M.Rəsulovanın yalanını ifşa edir. M. Rəsulova törətdiyi ağır cinayəti etiraf edir: “Mən qızımın bicinə baxan deyiləm. Ona neçə dəfə dedim ki, bu zibilini hara atır atsın, onu evdə görməyim. Sonra da belə oldu...”
P.S Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham olunan M. Rəsulova məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
P.S.S Bu yazı M. Rəsulovanın ittiham aktı əsasında yazılıb.
Fərid Əkbərov
[email protected]

460