BDYPİ Bakı-Yevlax yolundakı qəza ilə bağlı məlumat yaydı
Baş Dövlət Yol Polisi İdarəsi 22 iyun 2011-ci il tarixdə saat 22:05-də Bakı-Yevlax yolunun 29-cu kilometrliyində baş vermiş qəza ilə əlaqədar məlumat yayıb.
Lent.az-ın idarənin saytına istinadən verdiyi məlumata görə, Qobustan rayon sakini, 1962-ci il təvəllüdlü Şirinov Səlim İsa oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10-NV-092 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Hacıyev Fəxrəddin Hacağa oğlunun sürdüyü “QAZ-31” markalı, 10-LU-861 nömrəli avtomobil toqquşub. Toqquşma nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü və onun sərnişini 1957-ci il təvəllüdlü, Qobustan rayon sakini Rəncbərli Rübabə aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Həmin avtomobildə xəsarət almış digər sərnişinlər, 1964-cü il təvəllüdlü, Qobustan rayon sakinləri İsmayılova Fəridə, Şirinova Gülbadam, 1984-cü il təvəllüdlü Eyyubova Rima və 2008-ci il təvəllüdlü Eyyubova Qələmşah Bakı şəhəri Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

852