Baş Prokurorluq və DİN Tovuzdakı qətl hadisəsi ilə bağlı məlumat yaydı
17 iyun 2011 17:06 (UTC +04:00)

Baş Prokurorluq və DİN Tovuzdakı qətl hadisəsi ilə bağlı məlumat yaydı

Lent.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, Tovuz rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri aparılıb. Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Rayon prokurorluğu və Polis Şöbəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1977-ci il təvəllüdlü Tahir Quliyev tərəfindən törədilməsi müəyyən olunub və o, iyunun 16-da şübhəli şəxs qismində tutulub. T.Quliyev dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf edib və cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.

O, ifadəsində hadisədən bir gün əvvəl aralarında yaranmış mübahisə zamanı V.Məmmədovun onun və ailəsinin ünvanına təhqiramiz ifadələr işlətdiyini və bu səbəbdən onu öldürdüyünü bildirib. Hazırda iş üzrə Tovuz rayon prokurorluğunda istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar