Hərbi hissədə insident: 3 əsgər yaralandı
APA-nın xəbərinə görə, hadisə nəticəsində bir neçə əsgərin yaralandığı bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-nın sualına cavab olaraq bildirib ki, Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə silah və sursatla ehtiyatsız davranma nəticəsində əsgərlər Rəşad Məmmədov, Babək Şahlarzadə və Alxan Ağakərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda onların vəziyyəti kafidir. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma gedir.
T. Abdullayev hadisənin dünən axşam baş verdiyini deyib.
Qeyd edək ki, Tərtərdə yerləşən hərbi hissədə silahlı insident baş verməsi barədə ilk olaraq musavat.com saytı məlumat yayıb.
T. Abdullayev hadisənin dünən axşam baş verdiyini deyib.
Qeyd edək ki, Tərtərdə yerləşən hərbi hissədə silahlı insident baş verməsi barədə ilk olaraq musavat.com saytı məlumat yayıb.
427