Vətəndaşlara külli miqdarda ziyan vuran dələduz tutulub
Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində uzun müddət özünü özbaşına vəzifəli şəxs kimi təqdim etmiş, hüquq verən rəsmi sənədləri, habelə dövlət strukturlarının rəsmi blanklarını, möhürlərini və ştamplarını hazırlayaraq istifadə edilməsi məqsədilə saxtalaşdırmış və satmış, eləcə də ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olmuş, 1962-ci il təvəllüdlü, heç bir yerdə işləməyən Bakı şəhər sakini Hüseynov Rafiq Kamurad oğlu yaxalanıb.
APA-ya MTN-dən verilən məlumatda bildirilir ki, Rafiq Hüseynov özünü Azərbaycan Respublikasının vətəndaşı S.Yusubovaya Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşı, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi kimi təqdim edərək, sonuncunu guya, 2010-2011-ci tədris illəri üzrə Moskva Humanitar Universitetinin maliyyə-kredit fakültəsinə qanuni yolla tələbə kimi qəbul etdirib, 2011-ci ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni adlı fakültəsinə köçürəcəyinə vəd verməklə ondan 5 min manat pul alıb. Rafiq Hüseynov S.Yusubovanın adına saxta sənədlər tərtib edərək, ona Moskva Humanitar Universitetinin 1-ci kurs tələbəsi olması barədə rus dilində saxta arayışı və guya, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsinin tələbəsi olması barədə həmin universitet tərəfindən verilmiş saxta tələbə biletini S.Yusubovaya təqdim edib. Rafiq Hüseynov S.Yusubovadan sonradan, guya hazırkı təhsil haqqı üçün əlavə olaraq 1300 manat pul da tələb edib.
Rafiq Hüseynovun ətrafında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb və ilkin ifadələrində S.Yusubovanın Moskva Humanitar Universitetində təhsil alması barədə arayışı, ADİU-ya məxsus tələbə biletini, arayışı və sessiyaya çağırış vərəqəsini hazırlayaraq saxtalaşdırdığını və bunun müqabilində 5 min manat pul aldığını etiraf edib.
Bu hüquqazidd əməllərini həyata keçirmək məqsədilə Rafiq Hüseynovun Bakı şəhəri, Yasamal rayonu, Zivər Əhmədbəyov küçəsində kirayə etdiyi mənzilə sonuncunun iştirakı ilə keçirilən baxış zamanı onun tərəfindən saxtalaşdırılmış, o cümlədən dövlət və özəl ali təhsil müəssisələrinə, kollec və orta məktəblərə aid 33 adda 63 ədəd möhür, çoxlu sayda doldurulmuş və yazılmamış halda diplomlar, hazır tələbə biletləri və qiymət kitabçaları, qiymət kitabçalarının üz qabığı və yazılmamış içlikləri, həmçinin müxtəlif arayış blankları, habelə işə düzəltmə adı altında ayrı-ayrı vətəndaşlardan götürdüyü şəxsiyyət vəsiqələri, ümumvətəndaş pasportları, əmək kitabçaları, 2011-2012-ci tədris ili üçün müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmalarına yardım göstərəcəyi vədi ilə abituriyentlərdən aldığı attestatlar və şəhadətnamələr, eləcə də bir sıra dövlət orqanlarına məxsus sənədlər aşkar olunaraq götürülüb. Eyni zamanda, müəyyən olunub ki, Rafiq Hüseynov bu hüquqazidd əməllərinin nəticəsində, ümumilikdə 326 min manat, o cümlədən saxta sənədlərin hazırlanmasına görə 170 min manat, bir təhsil müəssisəsindən digərinə köçürülmələrin həyata keçirilməsi məqsədilə 17 nəfərdən 156 min manat pul əldə edib.
Fakt üzrə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları, saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Törətdiyi cinayət əməllərinə görə Rafiq Hüseynov xeyli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, möhürləri, ştampları, blankları, saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib.
Hazırda cinayətin iştirakçısı olan daha iki şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilmişdir. Cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məlumatda qeyd olunub ki, Rafiq Hüseynovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onun hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinə müraciət etmələri xahiş olunur.

515