Bakının məşhur şadlıq sarayına hücum olub
07 iyun 2011 11:29 (UTC +04:00)

Bakının məşhur şadlıq sarayına hücum olub

İyunun 7-nə keçən gecə Bakıda sayılıb-seçilən şadlıq saraylarından olan “Kral” şadlıq sarayına hücum olub. Bu barədə Lent.az-a Nərimanov rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, gecə saatlarında naməlum şəxs və ya şəxslər Şəmsi Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “Kral” sarayına hücum edib. Daş və digər vasitələrlə şadlıq sarayının şüşələrini sındıran naməlum şəxs və ya şəxslər əməllərini həyata keçirəndən sonra aradan çıxıblar.


Xoşbəxtlikdən hadisə zamanı şadlıq sarayında kimsə xəsarət almayıb. Şadlıq sarayına isə xeyli maddi ziyan dəyib.

Məsələ ilə bağlı dərhal polisə məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə iş başlanılıb. Hadisəni törədən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində iş aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1491

Oxşar yazılar