Mənzildə gənc qızla oğlanın meyiti tapıldı
Martın 15-də Bakıda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yeni Suraxanı qəsəbəsi Məşədi Əzizbəyov küçəsi ev 22A-da iki nəfərin meyiti tapılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının nümayəndələri həmin ünvanda kirayə yaşayan 1985-ci il təvəllüdlü İsgəndərov İlqar Xanlar oğlunun və 1987-ci ildə anadan olmuş Dadaşova Sevinc Aydın qızının üzərində zorakılıq əlamətləri olmayan cəsədini aşkarlayıb. İlkin ehtimala görə, hər iki şəxs dəm qazından zəhərlənmə nəticəsində ölüb.
Məlumatda bildirilir ki, hər iki şəxs paytaxt sakini olub. Onlar qeyri-rəsmi nikahda yaşayırmışlar. Məsələ ilə bağlı ekspertizalar təyin olunub. Araşdırma aparılır.
Nizam RZA

432