Ağdaşda oğurluqla məşğul olan şagirdlər yaxalanıb
Ağdaş rayon Polis Şöbəsinin müstəntiqi Şirazi Qasımzadə APA-nın Şirvan bürosuna bildirib ki, Ağdaş şəhər sakinləri Mustafayev Seymur, Bəkirov Mübariz və Rəhimov Teymur polis şöbəsinə ərizə ilə müraciət edərək, son iki gündə onlara məxsus həyətyanı sahədən müxtəlif ölçülü dəmir borular, mis və alüminium qab-qacaq, armatur, elektrik naqilləri oğurlandığını və onlara 2 min manata yaxın maddi ziyan dəydiyini bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda təqsirli bilinən Ağdaş şəhər 8 saylı orta məktəbin 1996-cı il təvəllüdlü 9-cu sinif şagirdi Bəylərov Şirxan Rəhim oğlu, 1995-ci il təvəllüdlü 10-cu sinif şagirdi Səmədzadə Ceyhun Etibar oğlu, 11-ci sinif şagirdləri - 1994-cü il təvəllüdlü Bəylərov İlqar İlham oğlu və 1994-cü il təvəllüdlü Əliyev Cahandar Məhəmməd oğlu, məktəbin məzunları - 1993-cü il təvəllüdlü Mirzəliyev Adil Tahir oğlu və 1993-cü il təvəllüdlü Əzməmmədov Məhəmməd Vəzir oğlu fevralın 22-də tutularaq istintaqa cəlb edilib. Onların 6 evdən oğurluq etdiyi bildirilir. Dərslərdən yayınan yeniyetmələr oğurladıqları əşyaları rayonda dəmir, alüminium və misin qanunsuz alqı-satqısı ilə məşğul olan iki qardaşa - 1984-cü il təvəllüdlü Kərimov Seymur və 1985-ci il təvəllüdlü Kərimov Yusifə satdıqlarını etiraf ediblər.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində CM-nin 177.2.1, 177.2.2, 177.2.3 maddəsi ilə (saxlanc yerinə girmə və oğurluq) cinayət işi açılıb, araşdırma aparılır. Onların 3 ildən 7 ilədək həbsi gözlənilir.

Oxşar yazılar

Sərhəddə 7,5 milyon manatlıq qaçaqmal tutulub
1 iyul 2025 , 11:24
Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olundu -VİDEO
1 iyul 2025 , 10:11
Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32
Maşın vuran kişi 65 gün sonra öldü
1 iyul 2025 , 09:28
DTX dövlətə xəyanət edən şəxsi həbs etdi
1 iyul 2025 , 09:25
Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşların cənazəsi Ağcabədiyə gətirildi
1 iyul 2025 , 08:47
Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53