Fazil Mustafa
Siyasət-köşə
Fazil Mustafa
Qabınızı təmizləyin!
Sitat:“Mumu”nu Turgenev yazıb, abidəni Çexova qoyublar. (L.İ.Brejnev)
Yeni sitat: Bakını Nuru Paşa alıb, abidəni Mübarəkə qoyublar.
Günümüzün mövzuları gələcəyimiz üçün yetərincə layihələr düşünməyə imkan verir. Həmişəki kimi, qəzetlər, televiziyalar, internet şəbəkələri siyasətçiləri yönəltməkdə. İndi bu şəbəkələr ərəb çöllərində qış aylarında kütləvi xaotik hərəkətləri də istiləşdirməyə başlayıb. Artıq öz rayonunun bələdiyyə başçısını tanımayan hər bir vətəndaşımız Mübarəki tanıyır. Hətta mən də Yəmənin başçısı Salehin adını otuz ildən sonra ilk dəfə duyduğumda informasiyamın azlığına görə bir az özümü qınamalı oldum. Ancaq sonra gördüm ki, ətrafda olub-bitənlər öz yerində, yəni Yerin öz oxu ətrafında fırlanmasına rəğmən, bizim Azərbaycan da sanki bu oxun ətrafında Yer Kürəsindən ayrılmış vəziyyətdə YAPayalnız fırlanır. İndi gəl gör bu YAPayalnız ölkənin media dağarcığında hansı vacib mövzular müzakirə olunur.
Yazırlar ki, Novella Cəfəroğlu Strasburqda iqtidar təmsilçisi Səməd Seyidovla çay içib. Həm də mehribancasına, deyə-gülə. Çayın buxarı vasitəsilə infeksiya şəklində iqtidarın ruhu keçib Novella xanımın ruhuna və dönüb olub iqtidar adamı. Novella Cəfəroğlunun bütün haqqını büküb, bir günün içində qoyublar palazın altına. Döyülüb-söyülməyi də, tutulanların dalınca qaçmağı da bir gündə unudulub. Hətta ona prezident təqaüdü verilməsi təklifini də topa tutublar. Dövlətdən təqaüd almaq “Haram”, xaricdən qrant alıb imkansız insanlara xərcləməsi isə “Halal” sertifikatı ilə müəyyənləşib.
Yazırlar ki, Elçin Əlibəyli hansısa məclisdə “Sarı gəlin” mahnısını zümzümə edib. Həm də ermənicə. Görəsən, bu istedadlı qələm əhli rusca “Katyuşa”nı zümzümə etsəydi, nə olurdu? Axı Qarabağı Rusiya ermənilərlə bir yerdə işğal edib. Hara baxırsınız, hər həftə bir rus müğənnisi gəlib bir mahnı zümzümə edir konsert salonlarımızda. “Sarı gəlin” savaşı, dolma savaşı, qətnamələr savaşı böyüdükcə xalqın bütün qatlarına yayıldıqca, Qarabağ savaşı kiçilməyə başlayır. Hamı enerjisini “Sarı gəlin”ə, dolmaya, BMT qətnamələrinə yönəldib. Soyqırımlar, qətliamlar, rayonların işğal günləri kiçildib Qarabağ savaşını. Cəmiyyətimiz problemdən yayınma yolunu - yəni haqqın yolunu yaxşıca tapıb. Yüzlərlə qadını erməni əsirliyindən keçən bir xalqın insanları Sarı gəlinin mahnı obrazında olsa belə, namusunu qorumağı vətənpərvərlik atributuna çeviriblər.
Bir tərəfdə Qarabağ kampaniyası Qarabağ savaşının üstünü örtüb.
Bir tərəfdə Korrupsiya kampaniyası korrupsiya ilə savaşın üstünü örtüb.
Bir tərəfdə Demokratiya kampaniyası demokratiya uğrunda savaşın üstünü örtüb.
Yazırlar ki, Fazil Mustafa bir neçə il əvvəl, prezident yeni məktəb binası açarkən orada olub. Və bu hərəkəti alqışlayıb. Ey ağlı başında duruş gətirən vətəndaşlarım! Məktəb açılışına qarşı “Yuhh!” deyibən bağırmaq lazım idimi? “Mən yeni məktəb açılmasına qəti etirazımı bildirirəm” demək lazım idimi? Sözün kəsəsi, Füzuli demişkən, “Bu kafirlər əsiri bir müsəlman olmasın, ya Rəbb!”
Ən sonda da gəlib ona yetişdik ki, AXCP adlanan yabançı brendin bir funksioneri Fazil Mustafanın AXCP-ni tənqid etməsini yediyi qaba tüpürməsi kimi bənzətməyə layiq bildi. Bu ifadənin birbaşa bəsit çalarları üzərində deyinməyi qətiyyən düşünmürəm. Necə deyərlər, ifadənin dolayı mənası daha önəmli və necə dərin, necə dəqiq.
Nəhayət ki, uzun zamandan sonra opponentlərimiz etiraflarını ortaya qoydular. Ağlabatan o ki, böyük xalq hərəkatının möhtəşəm əsəri olan AXCP indi onun rəhbərliyində olanlar üçün həmişə yemək qabı kimi təsəvvür olunub. “Azadlıq” qəzetini bu gün yönəldənlər də həmişə bu qəzetə bu yemək qabının altına sərilmiş süfrə əvəzi kimi baxıblar. YEMƏK QABI PARTİYA və SÜFRƏ ƏVƏZİ QƏZET. AXCP funksionerinin sözlərindən belə anlaşılır ki, nə zaman ki, bu qurumda vaxtilə siyasət keçənlər onu tənqid edirlər, demək, o qaba tüpürürlər. Ağır da olsa, acı da olsa, doğru tapılmış bənzətmədir: bu günün AXCP-sini məhz elə tüpürmək üçün gərəkən bir qaba çevirmişsiniz. Bir vaxtlar bu, İdeya qabı idi. Burada Əbülfəz bəy və hamımız vardıq. Şəhid Əbülfəz bəydən sonra təşkilatı tam istədiyiniz Yemək qabına çevirdiniz. “Allahınız olsun, gəlin bunu Yemək qabına çevirməyin!” deyənləri uzaqlaşdırıb, hakimiyyətə və gizli sövdələşmə ilə əldə etdiyiniz mandata arxalanaraq partiya möhürünü Yemək qabının altına vurdunuz.
Yeri gəlmişkən, İdeya AXCP-sinin rəhbəri olan Mirmahmud Mirəlioğlu prinsiplərə uyğun olaraq mandatından imtina etdi. Sonra İdeya “Azadlıq” blokundan Xanım Lalə-Şövkət mandatından birlikdə qəbul etdiyiniz prinsiplərə görə imtina etdi. Nədənsə sizin Yemək qabı AXCP-dən mandat götürmüş kimsə belə bir addım ata bilmədi? Ləyaqət və kişilik dərsinin ilk bölümünə buradan başlayın, yeməkqabı bəylər!
Nə qədər ki iqtidarın və xarici təşkilatların yemi ilə qabınızı doldururdular, hər şeydən razı idiniz. Yediniz, yediniz, amma özünüzü cəmiyyətə və ac cəbhəçilərə heç nəyi yeməmiş kimi göstərdiniz. Sonra yemləyənlər gördülər ki, yediyiniz qabı kimsə ilə bölüşmürsünüz, yəni qabın çevrəsində korrupsiya havası yaranıb, öz yemlərini çəkdilər. Yavaş-yavaş bu Yemək qabını, özünüzün də ifadə etdiyiniz kimi, Tüpürcək qabına çevirdiniz. Eyni aqibətlə Nəcəf bəyin ziyalı obrazı ilə bağdaşmış “Azadlıq” qəzeti də üzləşdi... İdeya qabı, Yemək qabı, sonunda isə son sabiq baş redaktorunuzun əxlaqi təkamül əsəri olan Tüpürcək qabı.
Cinahından, düşüncəsindən asılı olmayaraq içimdə hörmətini qoruduğum Xaliq Bahadırın mənə qarşı yönələn bir yazısından çıxan məna bu idi ki, “Azadlıq” qəzeti Nəcəf Nəcəfovdan sonra yaramazların əlində olsa da, həmişə azad sözün qəzeti olaraq qalıb. Elədirsə, illərdir oradasan, buyur gəl qəzetin başına. Görəcəksiniz, Şahvələd Çobanoğlu xarici donorları bundan sonra da demokratiya yazarı imitasiyası ilə uğurla dolandırmağa davam etsə, sonunda onun kimisini gətirəcəklər başa. Hər lider özünə layiq tələbələrini çoxdan yetişdirib, sadəlövh Xaliq Bahadır! Büdcəni talayan məmurların iş birliyi ilə Rusiya generalı Sakit Allahverdiyevin qəzetin jurnalistləri üçün verdiyi pulu mənimsəyən lider-qəzet şefi işbirliyinin fərqi nədir? Korrupsiya axı pozğunluq deməkdir. Pozğunun iqtidarı, müxalifəti olurmu? Hətta bu yaxınlarda AXCP ilə Müsavatın birləşməsi məsələsi gündəmə gələndə mətbuatda açıqca söylədim ki, İsa Qəmbər onlarla bir süfrə arxasında oturar, onlarla bir qabdan yemək yeməz. Şəxsiyyətinə hörmət edən insan kimi haqlı olaraq yemədi də.
Çünki Şahvələd Çobanoğlunun, Elnur Astanbəylinin, Qan Turalının tez-tez təmizləməyə çalışdığı qabın dibini hamı yaxşı görür. Görünür, bunları sezib yazırlar ki, Fazil Mustafa şıq geyinsə də, cəmiyyətə kədərlə baxır.
Mən həqiqətən də kədərlə baxıram. Mən iqtidarına da, müxalifətinə də kədərlə baxıram. İqtidarın gözü doymur, müxalifətin qafası dəyişmir. Ötən günlərin birində Türkmənçay müqaviləsinin ildönümündə müxalifətin barışmaz sayılan öncüllərindən biri mövzunu çox maraqla danışan bir millət vəkili professora danışmaq imkanı vermədi. Dinləyə bilmədi. “Hər şeyi mən düz deyirəm” - dedi. Gələcəyimiz pək parlaq kimi görünmür. Azərbaycanın bir böyük acısı var: Yuxarıdakı bığ da, aşağıdakı saqqal da eyni üzdən çıxır.
Yaxud Müsavat Partiyasının 100 illiyi keçirildi. Gələcəklə bağlı iddialar ortaya qoyan bir partiya bu gün sıralarını tərk etsələr də, onun qurulmasında zəhməti olanları yubileyə belə dəvət etmədi. İqtidarın Yeni Azərbaycan Partiyasında da vurulmuşların, tutulmuşların adlarını xatırlamaq yasaq. Fərqi göstərmək lazım, demokratiyaya, insana, cəmiyyətə baxış fərqini göstərmək lazım. Böyük Öndər Məhəmməd Əmin Rəsulzadənin “Milli təsanüd” ünü bir daha oxumaq lazım. Bir daha!
İqtidar islahatları günbəgün gecikdirir. Şahmat taxtası üzərində fiqurların yerdəyişməsi, məncə, islahat sayılmaz. Piyadaları adam yerinə qoymaq lazım. Və ac-acına irəli sürülən piyadaların geri dönüşü şahmatın oyun qaydalarına zidd olacaq. Bir də bacaranların növbə ilə şahmat oynama haqqını tanımaq lazım.
Yenə də o düşüncədəyəm ki, gecikmiş olsa da, Azərbaycanda iqtidarla müxalifətin səmimi və önyarğısız Bizim, Sizin, Yeni, Böyük, Bütöv deyil, “Hamının Azərbaycanı” mövzusunda dialoqu başlamalıdır. Qoy biri inqilabı düşünsün, biri islahatı. Parlament içi olsun, parlament dışı olsun. Hakimiyyətə bir metr yaxın, bir kilometr uzaq olsun. Sadəcə, bir tanıtımı olsun: Azərbaycana bağlı iqtidar və müxalifət. Yabançı brendlərin öhdəliklərini üzərinə götürmüşlər gələcəyimiz üçün rahatsızlıq yaratmasınlar deyə, bu yolun addımları ləngimədən atılmalıdır. Mən inandığımın həqiqət olduğunu diktə etmirəm, ancaq inandığımı kəsə söyləyirəm: İslam Partiyasının İslama nə qədər dəxli varsa, bu günün AXCP-sinin də Azərbaycana o qədər dəxli var.
Əyalət yerlərində uşaqlığı keçmiş insanların yeməkdən sonra valideynlərindən xatırlayacağı sözə dönürəm: “Hər kəs öz qabını özü təmizləsin!”

352