İsmayıllıda üç uşaq atası arvadını qətlə yetirdi
O, 23 yaşlı qadını əvvəlcə döyüb, sonra başına küt alətlə vurub
Azərbaycanın İsmayıllı rayonunda üç uşaq atası həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. Bu barədə APA-ya İsmayıllı rayon Prokurorluğundan məlumat verilib.
Hadisə ötən gün baş verib. Rayon sakini, 1976-cı il təvəllüdlü Şərafət Hidayət oğlu İbadov yaşadığı mənzildə həyat yoldaşı, 1982-ci il təvəllüdlü Cəmalə Nəcməddin qızı İbadovanı döyüb. Sonra isə həyat yoldaşını yerə yıxaraq, başına küt alətlə bir neçə dəfə zərbə endirib. C.İbadova aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Ş.İbadov həyat yoldaşı keçindikdən sonra polisə könüllü təslim olub. O, hadisəni qısqanclıq zəminində törətdiyi bildirib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Oxşar yazılar

Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00