Məhkəmə “Qorotdel”in müstəntiqi haqda qərar çıxardı
28 oktyabr 2009 11:15 (UTC +04:00)

Məhkəmə “Qorotdel”in müstəntiqi haqda qərar çıxardı

İran vətəndaşının cinayət işi ibtidai istintaqa qaytarıldı

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluqda təqsirləndirilən İran vətəndaşının məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxs Roohihir Möhsenin vəkili Natiq Mustafayevin vəsatətlərinə münasibət bildirib.


Qeyd edək ki, keçən prosesdə vəkilin verdiyi vəsatətlər R.Mohsenin üzərindən həbs qətimkan tədbirinin götürülməsindən, cinayət işinin aparan müstəntiqin barəsində qərar çıxarılmasından və iş üzrə zərərçəkən kimi tanınanlardan bəzilərinin yalançı şahid tutmalarına və böhtan atdıqlarına görə, barələrində cinayət işinin açılmasından və cinayət işinin ibtidai istintaqa qaytarılmasından ibarət olub.


Vəsatətlərdən yalnız ikisi təmin olunub. Məhkəmə cinayət işinin ibtidai istintaqa qaytarılması və cinayət işini aparan Bakı Şəhəri Baş Polis İdarəsinin xüsusi işlər üzrə müstəntiqi olan İlyas Kərimov barəsində qərar çıxarıb. Qalan vəsatətlər isə təmin olunmayıb.

Vəkil N. Mustafayev Lent.az-a açıqlamasında cinayət işinin istintaqının yenidən Bakı Şəhər Baş Polis İdarəsinə qaytarılmasına etiraz etdiklərini bildirib. O, etiraz məktubun yazdığını və buna cavab gözlədiyini bildirib.


Qeyd edək ki, ittihama əsasən, R.Möhsen "Binə" Ticarət Mərkəzində bir neçə nəfərin etibarını qazanmaqla dələduzluq edib, 10-dan çox işçisinin bir milyon manat pulunu mənimsəyib. Onlardan pul alaraq İranda istehsal olunan saxsı qablar gətirəcəyinə söz versə də, vədinə əməl etməyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə R. Möhsen törətdiyi əmələ görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun məhkəmə hökmündən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Etibar Nəbiyevin sədrliyi ilə baxılıb. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin cinayət işinə baxarkən, kobud qanun pozuntusuna yol verildiyini əsas gətirərək işə hazırlıq iclasından başlayaraq yenidən baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə qaytarılması barədə qərar çıxarıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ağababa Babayevin sədrliyi ilə R.Möhsenin cinayət işinə yenidən baxılaraq o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hakim Rəsul Səfərovun sədrliyi ilə R. Möhsenin apellyasiya şikayətinə növbəti dəfə baxıb. Məhkəmə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü ləğv edib və cinayət işini yenidən baxılması üçün birinci məhkəmə instansiyasına göndərilməsi barədə qərar çıxarıb.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43