Qardaş qatili yeniyetməyə 7 illik həbs cəzası
12 oktyabr 2009 13:30 (UTC +04:00)

Qardaş qatili yeniyetməyə 7 illik həbs cəzası

Oktyabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə münaqişə zəminində 13 yaşlı qardaşını qətlə yetirən yeniyetməyə hökm oxunub.


Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Spartak Ağakərimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, Qusar rayon Salahoba kənd sakini, 1994-cü il təvəllüdlü Spartak Zahid oğlu Ağakərimov 2009-cu il mayın 27-də özündən iki yaş balaca qardaşı, 1996-cı il təvəllüdlü Abdulrəhim Zahid oğlu Ağakərimovu bıçaqlayıb.

13 yaşlı qardaş aldığı bıçaq xəsarətindən hadisə yerində keçinib. Qardaşını öldürdükdən sonra hadisə yerindən qaçan S.Ağakərimov əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar