“Ona 100 illik cəza versəniz də, gözlərim və əlim geri qayıtmayacaq”
Oktyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçən ilin noyabrında Lökbatandakı xəstəxanada baş vermiş partlayışla əlaqədar təqsirləndirilən Sabir Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçən prosesdə zərərçəkən Rəvayət Mütəlimov ifadə verib. R.Mütəllimov ifadəsində həqiqətin ortaya çıxmasını istəyib. O, bu hadisəni təkcə S.Hüseynovun törətmədiyini, ona bunu sifariş verənlərin olduğunu bildirib: “Sabirə 100 il həbs cəzası versəniz də, mənim əlim və gözlərim geri qayıtmayacaq. Ona görə də, sizdən xahiş edirəm ki, həqiqətin ortaya çıxarılmasına kömək edəsiniz”.
R.Mütəllimov S.Hüseynovun bacısı, xəstəxanada tibb bacısı işləyən Pərvanə Hüseynovanın xəstəxananın şöbə müdiri İlyas Həmidovla yaxın əlaqələrinin olduğunu deyib. O, S.Hüseynovla münasibətlərinin normal olduğunu və əvvəllər aralarında heç bir mübahisənin baş vermədiyini söyləyib.
Proses davam etdiriləcək
Xatırladaq ki, 2008-ci il noyabrın 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada partlayış baş verib. Gecə növbəsindən çıxan həkim-cərrah Rəvayət Mütəllimov otaqdakı şkafdan köynəyini götürərkən onun arasında parçaya bükülmüş ağır bir əşyanın olduğunu görüb. Əşyaya baxmaq istəyərkən qumbara detonatorunun açılmasını bildirən səs eşidib və dərhal onu kənara atıb. Əşyanın partlaması nəticəsində Rəvayət Mütəllimov və orada olan tibb bacısı Reyhan Pirquliyeva ağır bədən xəsarətləri alıblar. Zərbə dalğasından qapı və pəncərələr sınıb, otaqdakı inventarlar yararsız hala düşüb.
Ekspert tədqiqatları həmin əşyanın əl qumbarası olduğunu göstərib. İstintaq-əməliyyat qrupu qumbaranın Müşfiqabad qəsəbəsində qeydiyyatda olan, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (“OMON”) üzvü Sabir Hüseynov tərəfindən xəstəxananın cərrahiyyə şöbəsinin müdiri İlyas Həmidovun həyatına ümumi təhlükəli üsulla qəsd etmək məqsədi ilə gətirildiyini müəyyənləşdirib. Həmin vaxt əməliyyat-axtarış tədbirləri nəticəsində Sabir Hüseynov təqsirləndirilən şəxs qismində saxlanılıb.
Sabir Hüseynov 1995-ci il mart dövlət çevrilişi cəhdinin fəal iştirakçılarından olmaqla 1996-cı ildə Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 70-ci (banditizm) və 220-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O, 1999-cu ildə əfv olunaraq azadlığa çıxıb.
Prokuror Nazim Xəlilov S.Hüseynovun Cinayət Məcəlləsinin 29.120.2.4, 29.120.2.7 (qəsdən adamöldürməyə cəhd) və 228.1 (qanunsuz silah saxlama, gəzdirmə, əldə etmə və s.) maddələrilə ittiham olunmasını istəyib..
Fərid Əkbərov

459