Azərbaycan-Rusiya sərhədində atışma
18 sentyabr 2009 10:30 (UTC +04:00)

Azərbaycan-Rusiya sərhədində atışma

Qaçaqmalçılarla MTN-in əməliyyatçıları arasında baş verən insident nəticəsində ölən və yaralanan var

Azərbaycan-Rusiya sərhədində qaçaqmalçılarla Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatçıları arasında atışma olub.

Xaçmaz Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Xəzər dənizinin Azərbaycan sahillərində, Xaçmaz rayonu ərazisində baş verib.

Məlumatda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları Çin istehsalı olan 114 yeşik mobil telefon, xeyli miqdarda alışqan və bir sıra məişət məhsullarını Azərbaycan vasitəsi ilə qanunsuz yolla Rusiyaya keçirilməsinin qarşısını alıblar.

Əməliyyat zamanı mütəşəkkil dəstə üzvləri əməliyyatçılara silahlı müqavimət göstəriblər. Nəticədə mütəşəkkil dəstənin bir üzvü, Xaçmaz rayon sakini, 1986-cı il təvəllüdlü Rafiq Şirzal oğlu Fətullayev əməliyyatçılar tərəfindən öldürülüb. Dəstənin digər üzvü, Çeçenistan vətəndaşı, 1976-cı il təvəllüdlü Yunis Nesenoviç Zəbirov isə ayağından yaralanıb. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042

Oxşar yazılar