Binəqədi sakini qardaşını baltalayıb
21 iyul 2009 12:30 (UTC +04:00)

Binəqədi sakini qardaşını baltalayıb

Binəqədi rayonu ərazisində cinayət hadisəsi qeydə alınıb.


Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 20-də saat 10.00 radələrində Binəqədi rayonu Atatürk prospektində yaşayan, əvvəllər məhkum olunmuş Elxan Nəsrullayev ailə münaqişəsi zəminində qardaşı Cəfərə balta ilə xəsarət yetirib.


Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Nəsrullayev tutulub. RPİ tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar