Heydər Əliyevə qəsd hazırlayan şəxsə Türkiyədə 30 il həbs
Həsən Toku yenidən məhkum edildi
2002-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxan Türkiyə vətəndaşı, hazırda 40 yaşında olan Həsən Tokuya vətənində 30 il həbs cəzası verilib. Lent.az-ın xəbərinə görə, bu barədə Doğan Xəbər Agentliyi (DHA) məlumat yayıb.
Agentliyin istintaq materiallarına istinadən məlumatına görə, Ərzurumdakı Atatürk Universitetinin Fizika fakültəsinin üçüncü kursunda təhsil alan Həsən Toku SSRİ-nin dağılmasından sonra Türkiyədə dərs deməyə gedən müəllim Aydın Qasımovla tanış olub. Qasımov müxalifətdə olduğunu, Heydər Əliyevə sui-qəsd planlaşdırdıqlarını tələbə Tokuya danışaraq, ondan kömək istəyib. Bakıya gələn Toku və 3 nəfər azərbaycanlı ilə 1993-cü il sentyabrın 30-u axşam saatlarında Azərbaycan Dövlət Televiziyasının binasına məxsus qarajda Heydər Əliyevi gözləyərkən polis tərəfindən həbs olunub. Azərbaycan məhkəməsi H.Tokuya 10 il həbs cəzası verib. Lakin o vaxtkı prezident Heydər Əliyevin 13 mart 2002-ci il tarixdə imzaladığı əfv fərmanı ilə 80-dən çox insan, o cümlədən H.Toku azadlığa çıxıb. O, Bakıdakı 6 saylı Cəzaçəkmə Müəssisəsində 8 il yarım cəza çəkib. Həbsxanadan çıxandan sonra – mayın 16-da Türkiyəyə yollanıb. Lakin elə həmin gün o, təyyarədən enərkən İstanbuldakı Atatürk Hava Limanında polis tərəfindən saxlanılıb. Məhkəmə qərarına əsasən isə dərhal azadlığa buraxılıb.
4 il azadlıqda gəzdikdən sonra 2006-ci ildə, həmin vaxt Türkiyənin ədliyyə naziri vəzifəsində çalışan Cəmil Çiçəyin icazəsi ilə “Xarici dövlət başçısına sui-qəsd”də günahlandırılıb. Onun haqqında Bakırköy Ağır Cəza Məhkəməsində ömürlük həbs cəzası verilməsi iddiası ilə məhkəmə işi başlanıb.
Bu il iyunun 24-də məhkəmə işi başa çatıb. Tokuya 30 il həbs cəzası verilib.
Toku məhkəmədəki çıxışında Azərbaycanda həbs olunduğundan universiteti bitirə bilmədiyini deyib: “Həyatımın ən gözəl illəri həbsxanada keçdi. İndi isə məni gözləyən 30 illik həbs cəzası var. Hər şeyi unudub yeni bir həyatı salamlamaq istəyirəm. Etdiklərimdən çox peşmanam. Ancaq beynəlxalq hüquqa görə şəxs bir cinayətə görə iki dəfə cəzalana bilməz. Mənə növbəti cəza verməklə bu hüquq Türkiyədə heç edildi. Vətən torpaqlarını parçalamaqda günahlandırılanlar da əfv edilir...”

802