Rüşvət alan polisə 40 illik həbs cəzası
23 may 2009 15:00 (UTC +04:00)

Rüşvət alan polisə 40 illik həbs cəzası

Türkiyənin Əskişəhər vilayətində rüşvət almaqda təqsirləndirilən polis əməkdaşına ağır həbs cəzası verilib.


Lent.az-ın məlumatına görə, 34 yaşlı S.N. 40 il müddətinə həbs cəzasına məhkum olunub. Polis məhkəmədə ittihamı qəbul etməyib. O, münasibətlərində problem olduğu şəxslərin məhkəməyə müraciət etdiyini, onun guya rüşvət aldığını bildirdiklərini söyləyib. Ancaq məhkəmə heyəti polisi təqsirli bilərək həbsə məhkum edib.

Qeyd edək ki, S.N. ilə bağlı məhkəməyə 18 zərərçəkmiş müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar