Borcunu qaytarmayan həmkəndlisini bıçaqladı
19 may 2009 14:00 (UTC +04:00)

Borcunu qaytarmayan həmkəndlisini bıçaqladı

Hadisəni törədən Daşbulaq kənd sakini saxlanılıb
Mayın 18-də saat 22 radələrində Gədəbəy rayonunda bıçaqlama hadisəsi baş verib. Daşbulaq kənd sakini, 1976-cı il təvəllüdlü Əliyev Ramiz Kamil oğlu borcunu qaytarmaq istəməyən həmkəndlisi, 1984-cü il təvəllüdlü Orucov Samir Mayor oğlunu bıçaqlayıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gədəbəy rayon Polis şöbəsinin müstəntiqi Vahab Şirinov məlumat verib. Məlumata görə, bıçaqlanan şəxs xəstəxanadadır, Ramiz Əliyev isə saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 841

Oxşar yazılar