Azərbaycan gimnastları Avropa çempionatını 2 gümüş, 1 bürünc medalla başa vurdu
18 may 2009 14:00 (UTC +04:00)

Azərbaycan gimnastları Avropa çempionatını 2 gümüş, 1 bürünc medalla başa vurdu

Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatına mayın 17-də yekun vurulub. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası nüfuzlu yarışı 2 gümüş, 1 bürünc medalla başa vurub.

Əvvəlcə komanda yarışında tərkibi Anna Qurbanova, Aliyə Qarayeva və Zeynəb Cavadlıdan ibarət yığmamız fərqlənib. İp, halqa, top və lentlə hərəkətlərin cəmində 212,850 xal yığan komandamız 28 ölkə arasında gümüş medala sahib olub. 224,325 xal toplayan Rusiya qızıl, 209,700 xala malik Ukrayna isə bürünc medal qazanıb.

Yeniyetmələrdən ibarət qrup hərəkətləri üzrə komandamız da gümüş medala layiq görülüb. Tərkibi Səbinə Abbasova, Nigar Əbdülsəlimova, Yevgeniya Jidkova, Aelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmovadan ibarət komandamız 24,950 xal toplayıb. Qızıl medalı 26,250 xalla qızıl, bürünc medalı isə 24,700 xalla Bolqarıstan əldə edib.

Fərdi mübarizədə isə ölkəmizin aktivinə cəmi bir bürünc medal yazılıb. Həmin medala topla hərəkətdə 27,850 xal yığan Anna Qurbanova sahib çıxıb. Aliyə Qarayeva isə 27,550 xalla 5-ci olub.

İplə hərəkətdə Anna Qurbanova 27,200 xalla 4-cü, Aliyə Qarayeva 26,150 xalla 8-ci yeri tutub.

Halqa ilə çıxışda Aliyə Qarayeva 27,450 xalla 4-cü, Anna Qurbanova 27,225 xalla 5-ci yerə layiq görülüb.

Lentlə hərəkətdə isə Aliyə Qarayeva 27,500 xalla 4-cü, Anna Qurbanova isə 27,250 xalla 5-ci olub.

Fərdi mübarizədə bütün kateqoriyalarda qızıl medalı Rusiya təmsilçisi Yevgeniya Kanayeva əldə edib. O, iplə 28,850 xal, halqa ilə 28,875 xal, topla 29,050 xal, lentlə isə 28,425 xal toplayıb. Rusiyanın daha bir gimnastı Vera Sesina ip (28,150 xal), halqa (27,950 xal) və lentlə (28,050 xal) çıxışlarda gümüş medal qazanıb. Ukraynalı Anna Bessonova isə topla (28,000 xal) gümüş, ip (27,625 xal) və lentlə isə (27,575 xal) bürünc medala sahib olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10