Terrorla bağlı Fərda Qədirovun daha 4 həmyerlisi tutulub
Bu barədə Marneuli sakinləri məlumat veriblər
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən kütləvi qətli törədən Fərda Qədirovun kirayənişin qaldığı evin sahibi Arif Qabulovun qardaşı Ariz Qabulov mayın 4-də həbs edilib.
Bu barədə APA-nın Gürcüstan bürosuna A. Qabulovun anası Qəndab Məhəmməd qızı Darğallı bildirib: “Ariz mayın 4-də saxlanılıb. Özüm öz əlimlə onu istintaq orqanlarına təhvil verdim. Əvvəlcə Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə getdik. Oğlumu içəri apardılar və mənə dedilər ki, ondan izahat alıb buraxacağıq. Axşam saat 9-10-a qədər bayırda gözlədim, lakin oğlumdan xəbər verən olmadı. Səhəri gün də həmin yerə getdim. Orada Daştəpədən çoxlu adam vardı. Onların da övladlarını tutmuşdular. 5-6 gün Bakıda qaldım. Möhkəm stress keçirdim. Hətta pasportumun oğlumda olduğu sonradan yadıma düşdü. Səhəri gün Ariz saxlanılan şöbəyə getdim, pasportumu aldıqdan sonra Gürcüstana qayıtdım. Ariz avtobusda mənə deyirdi ki, Fərdanın adam öldürdüyünü təsəvvürünə belə gətirə bilməz”.
Q. Darğallı onu da deyib ki, Bakıda olarkən Daştəpə kənd sakinləri Fərdanın atası Əsəd Qədirovun Bakıda bir neçə evinin olduğunu, bu evlərin kirayəyə verildiyini deyiblər: “Özlərinin evləri vardısa, bəs bizi niyə yazıq edirdilər".
Ariz Qabulovun qardaşı Arif Qabulov isə aprelin 30-da baş verən hadisə haqda Türkiyə telekanallarından mayın 1-də eşitdiyini deyib: “Bilsəydik ki, Fərda belə cinayət törədəcək, evi ona verərdikmi? Martın 14-də evi ona kirayə verdik, mən də evdəki əşyalarımı yığıb Gürcüstana gəldim. Martın 31-də isə öz maşınımla qəzaya düşdüm, ayağım, qolum qırıldı, gipsi bir-iki gündür, açıblar”.
A. Qabulov bir dəfə Azərbaycan Baş Prokurorluğunun əməkdaşları tərəfindən dindirildiyini də açıqlayıb.
A. Qabulov onu da deyib ki, Fərda Qədirova kirayə verdikləri ev mərhum atası Zahid Qabulov tərəfindən Bakı şəhər sakini Abdullayev Rəhman İlyas oğlundan alınıb. 2001-ci ildə isə Zahid Qabulov mənzilini notarial qaydada Arif Qabulovun adına keçirib. Zahid Qabulov 2001-ci ildə vəfat edib.
Qeyd edək ki, Marneuli şəhər sakinləri, APA-ya açıqlamalarında rayonun daha 4 sakininin ADNA-da baş verən hadisələrlə bağlı həbs edildiyini bildiriblər. Yeli əhali Fərda Qədirovun babası - Kürd Həbibin isə vaxtilə Ermənistandan Borçalıya köçdüyünü söyləyiblər.

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33