Bakıda “avtoş”un maşını polis avtomobili ilə toqquşub
12 may 2009 11:30 (UTC +04:00)

Bakıda “avtoş”un maşını polis avtomobili ilə toqquşub

Bakıda avtoxuliqanlıq edən şəxs tutulub.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, mayın 10-da saat 16.30 radələrində Səbayel rayonu ərazisində Bakı şəhər sakini Cavanşir Məhərrəmov "VAZ-2107" markalı avtomaşınla avtoxuliqanlıq edərək Səbayel RPİ Yol Patrul Xidmətinin əməkdaşı Yaşar Şahverdiyevin idarə etdiyi xidməti “BMW” markalı avtomaşını vurub.

Hadisə yerindən qaçmağa cəhd göstərən C.Məhərrəmov Yol Patrul Xidməti və Çevik Polis Alayı əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 925

Oxşar yazılar